İnsanlara hürriyət, millətlərə istiqlal!

“Siz kişisiniz, yoxsa qadın?” – Zaxarovadan Paşinyana 102-ci baza ilə bağlı mesaj

Ermənistanın baş naziri Nikol Paşinyanın Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazası ilə bağlı açıqlaması Moskvada reaksiyaya səbəb olub.

Musavat.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Paşinyanın sözlərinə öz Telegram kanalında Mixail Bulqakovun məşhur “İt ürəyi” əsərindən sitatla cavab verib.

Paşinyan bildirib ki, İrəvan Rusiyanın 102-ci hərbi bazasının Ermənistanda mövcudluğunu həyati zərurət hesab etmir, lakin hələlik bazanın ölkədən çıxarılması məsələsini qaldırmayıb.

Ermənistanın baş naziri əlavə edib ki, əgər Rusiya bazanı çıxarmaq qərarına gəlsə, İrəvan buna etiraz etməyəcək. Moskva hərbi bazanı Ermənistanda saxlamaq istəsə, Ermənistan tərəfi onun gələcək mövcudluğunu müzakirə etməyə hazırdır.

Zaxarova isə Paşinyanın bu mövqeyinə Bulqakovun “İt ürəyi” əsərindən qısa sitatla reaksiya verib:

“Siz kişisiniz, yoxsa qadın?”

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR