İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropadan KRİTİK Ermənistan qərarı – Bakıya TƏSİRİ

Avropa İttifaqı (Aİ) Şurası Avropa Komissiyasının Ermənistanla ticarətin iki il müddətinə müvəqqəti liberallaşdırılmasını nəzərdə tutan təklifini təsdiqləyib. Qərar Avropa bazarı üçün qoruyucu tədbirləri də əhatə edir. Bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Ermənistan seçkilərində sülh və müharibə arasındakı mübarizə: Paşinyanın  partiyası səslərin təxminən 50 faizini toplayıb - BBC News Azərbaycanca

“Bu tədbirlər Ermənistanın ixrac etdiyi məhsulların təxminən 80 faizi üzrə ticarətin liberallaşdırılmasını təmin edəcək”, – Aİ Şurasından bildirilib. Qeyd olunur ki, qərar bir sıra şərtlərlə müşayiət olunur və Ermənistan ixracının Avropa istehsalçılarına mənfi təsir göstərəcəyi təqdirdə Aİ bazarını qorumağa yönəlmiş müdafiə tədbirlərini də nəzərdə tutur.

Beləcə, Avropa İttifaqı iki il ərzində Ermənistanın Rusiyaya tədarük edəcəyi təzə meyvə, tərəvəz və bitkilərin 99 faizi üçün öz bazarını açmağı planlaşdırır. Bununla yanaşı, Ermənistan ixracatçıları Aİ-nin sanitar tələblərinə əməl etməli, Avropalı istehsalçılarla qiymət rəqabətindən çəkinməli və qorunan coğrafi adlarla bağlı qaydalara riayət etməlidirlər. Bu, o deməkdir ki, Ermənistan konyakı Aİ bazarında satıla bilməyəcək.

Qərarın qüvvəyə minməsi üçün onun Avropa Parlamenti tərəfindən də təsdiqlənməsi tələb olunur.

Maraqlıdır ki, bu qərar Bişkekdə Putin-Paşinyan görüşündən bir gün sonra verilib. Bu, Ermənistandan Rusiyaya məhsul tədarükü ilə bağlı problemin tam həlli anlamına gəlirmi? Azərbaycan üçün yaxından-uzaqdan önəmi nədir?

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri, professor Fikrət Yusifov Musavat.com-a bildirib ki, bəlkə də indiyə qədər inkişaf etməkdə olan heç bir ölkə Avropa bazarına bu şəkildə daxil ola bilməyib: “Avropa İttifaqının öz bazarlarını Ermənistan məhsullarına açması sevgidən deyil, Rusiyaya nifrətdən irəli gələn bir hadisədir. Avropa hər vəchlə Rusiyanın Cənubi Qafqazdan getməsini istəyir və bunun üçün bəzən öz daxili qaydalarına zidd olan bu kimi addımları atmaqdan belə çəkinmir”.

Aİ-nin Ermənistana yeni hərbi yardımı 2 ölkədən asılı qaldı... -  Baki-Xeber.com

Professor deyib ki, Aİ-nin bu addımının Bişkekdə Paşinyan-Putin qarşıdurmasından dərhal sonra baş verməsi də təsadüf deyil: “Avropa Rusiyanın Ermənistan məhsullarının idxalına qoyduğu qadağalara bu şəkildə cavab verir. Bütün hallarda, bu addımı atarkən biz həm də Avropanın müəyyən qədər ehtiyatla davrandığını görməyə bilmirik. Birliyin bazarlarının Ermənistan məhsulları üçün iki il müddətinə açılması o deməkdir ki, Avropa bu müddəti həm də sınaq dövrü kimi qəbul edir”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR