İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı İrana qarşı əməliyyata qoşuldu

Avropa İttifaqı ABŞ-ın İrana iqtisadi təzyiq göstərmək üçün başlatdığı əməliyyata qoşulur.

Musavat.com xəbər verir ki, məlumatı ABŞ Maliyyə naziri Skott Bessent X hesabında açıqlayıb: "Avropa İttifaqı rəsmi olaraq “İqtisadi təcrid” əməliyyatına qoşulub və biz onun qətiyyətli və vaxtında atdığı addımı yüksək qiymətləndiririk".

O qeyd edib ki, ABŞ müttəfiqləri ilə birlikdə İran rejiminin "qlobal maliyyə sistemindən nüvə ambisiyalarını, silah proqramlarını və terrorçu qüvvələrini maliyyələşdirmək üçün istifadə etməsinin" qarşısını almaq niyyətindədir: "Dünya İran rejiminə aydın bir mesaj göndərir: qalan bütün maliyyə arteriyasını kəsənə qədər dayanmayacağıq".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR