İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada hərbi zavodla bağlı daha bir təxribat – Ukrayna üçün məhsullar istehsal edir

Almaniyada Ukraynaya bağlı hərbi qurumlarla əlaqəli növbəti təxribat hadisəsi qeydə alınıb.

Musavat.com xəbər verir ki, bu dəfə hadisə Ukraynaya avadanlıq tədarük edən müdafiə şirkətinin yaxınlığında baş verib. Gecə naməlum şəxslər Münhendəki Rohde & Schwarz şlirkətinin qərargahı yaxınlığındakı tikinti sahəsinə yandırıcı qurğular atıblar. Şirkət Ukrayna Silahlı Qüvvələrini elektron müharibə, siqnal kəşfiyyatı və dron əleyhinə sistemlər sahəsində yüksək dəqiqlikli avadanlıq və texnologiyalarla təchiz edir.
Hadisədə şübhəli bilinən iki Bolqarıstan vətəndaşı saxlanılıb.

Bundan əvvəl Almaniyanın enerji obyektlərində iki təxribat aktı və Auqsburq dəmir yolu stansiyası yaxınlığında partlayış baş verib.

Berlin bu yaxınlarda Rusiyanı birbaşa Leypsiq hava limanına dron hücumunu təşkil etməkdə ittiham edib və bunu Rusiyanın Avropadakı hibrid əməliyyatlarının bir hissəsi adlandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR