İnsanlara hürriyət, millətlərə istiqlal!

Qlobal TƏHLÜKƏ: 2060-cı ilə qədər...

Bəşəriyyət yeni bir demoqrafik mərhələyə qədəm qoyub. Dünyada 65 yaşdan yuxarı insanların sayı ilk dəfə olaraq 6 yaşından kiçik uşaqların sayını üstələyib.

Musavat.com xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayılıb.

Mütəxəssislərin hesablamalarına görə, bu dəyişikliyin əsas səbəbləri doğum səviyyəsinin kəskin aşağı düşməsi və orta ömür müddətinin uzanmasıdır.

Statistikaya əsasən, hazırda dünya əhalisinin 71 faizi doğum səviyyəsinin əvəzedici həddində və ya ondan aşağı olduğu ölkələrdə yaşayır.

Proqnozlara görə, qocalma prosesi sürətlə davam edəcək və 2060-cı ilə qədər 65 yaşdan yuxarı insanların qlobal miqyasda 2 milyard nəfərə çatacağı gözlənilir. Ekspertlər bu tendensiyanın yaxın gələcəkdə qlobal iqtisadiyyat, səhiyyə sistemləri və əmək bazarları qarşısında yeni və ciddi çağırışlar yaradacağını vurğulayırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR