İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibə olmasaydı, bu məhsulu tanımayacaqdıq - 170 illik tarix

Bu gün dünyanın bir çox ölkəsində məşhur olan qatılaşdırılmış südün yaranmasının 170 ili tamam olur.

Musavat.com xəbər verir ki, 1856-cı ilin avqustunda amerikalı ixtiraçı Geyl Borden qatılaşdırılmış südün hazırlanması üsuluna patent alıb.

Borden yeni məhsul üzərində təxminən iki il işləyib. Lakin patent almaq heç də asan olmayıb. ABŞ Patent İdarəsi üç ilə yaxın onun müraciətinə qarşı çıxıb. Qurum hesab edirdi ki, Borden əslində yeni bir şey ixtira etməyib, sadəcə əvvəllər yaradılmış vakuumlu buxarlandırıcı qurğuda başqa mayedən istifadə edib.

Nəhayət, patent verilsə də, uğur dərhal gəlməyib. İnsanlar yeni məhsula şübhə ilə yanaşır, adi südü üstün tuturdular. Nəticədə Bordenin qatılaşdırılmış süd istehsalı ilə məşğul olan iki fabriki müflis olub.

Hər şeyi 1861-ci ildə ABŞ-də Vətəndaş müharibəsinin başlaması dəyişib. ABŞ hökuməti uzun müddət saxlanıla bilən qatılaşdırılmış südü ordunun ehtiyacları üçün böyük həcmdə almağa başlayıb. Məhsul əsgərlər arasında sürətlə populyarlaşıb.

Müharibədən evlərinə qayıdan hərbçilər qatılaşdırılmış südün şöhrətini bütün ölkəyə yayıblar. Beləcə, bir vaxtlar alıcı tapmadığı üçün ixtiraçısını iflas həddinə çatdıran məhsul milyonlarla insanın gündəlik qidasına çevrilib və sonradan dünyanın müxtəlif ölkələrinə yayılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR