İnsanlara hürriyət, millətlərə istiqlal!

Qonşumuz 633 hektarlıq nəhəng şəhər salır - 6 mindən çox ev, iki yeni körpü

Tiflisdə böyük müzakirələrə səbəb olan “Tbilisi Waterfront” layihəsinin 633 hektarlıq ərazinin tikinti planı hakimiyyət orqanlarına təqdim edilib.

Musavat.com xəbər verir ki, ərəb tikinti şirkəti “Eagle Hills” layihənin ətraflı planını Ekoloji Nəzarət Departamentinə təqdim edib.

Plana əsasən, tikinti işləri üç mərhələdə həyata keçiriləcək və 2040-cı ilədək davam edəcək.

Layihə çərçivəsində ümumilikdə 6158 yaşayış vahidinin tikilməsi nəzərdə tutulur. Bunlardan 1425-i villa, 1300-ü taunhaus, 3433-ü isə mənzil olacaq.

Yeni yaşayış ərazisində təxminən 21 500–22 100 nəfərin məskunlaşacağı gözlənilir.

Layihədə yaşayış binaları ilə yanaşı, hotellər, kommersiya obyektləri, məktəb, uşaq bağçası və digər sosial infrastrukturun yaradılması da nəzərdə tutulub.

Ərazinin 345 hektarı yaşıllıq və istirahət zonalarına ayrılacaq. Bundan başqa, Kür çayı üzərində iki yeni körpünün tikilməsi planlaşdırılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR