Onlayn ictimai-siyasi qəzet
Türkiyənin İstanbul şəhərinin Sultanbəyli rayonunda keçirilən əməliyyat zamanı 21 yaşlı İŞİD şübhəlisi polis tərəfindən zərərsizləşdirilib.
Musavat.com xəbər verir ki, şübhəlinin Berkan Ç. olduğu müəyyənləşdirilib.
Onun Türkiyədə terror aktı planlaşdırdığı bildirilib.
Polisin antiterror və kəşfiyyat bölmələrinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı şübhəli polis əməkdaşlarına atəş açıb. Buna cavab olaraq polis atəş açaraq onu zərərsizləşdirib.
Hadisə zamanı bir mülki şəxsin də yaralandığı bildirilib.
Əməliyyat İstanbul Polis İdarəsinin antiterror və kəşfiyyat bölmələri tərəfindən keçirilib.
Musavat.com
04 Sentyabr 2026
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ