İnsanlara hürriyət, millətlərə istiqlal!

“Altı Üstü İstanbul” serialına məşhur aktyor qatıldı

NTC Medya imzalı “Altı Üstü İstanbul” serialının aktyor heyətinə tanınmış aktyor Erkan Can daxil olub.

Musavat.com xəbər verir ki, ATV ekranlarında yayımlanan serialda Erkan Can 14-cü bölümdən etibarən Hikmət obrazı ilə tamaşaçı qarşısına çıxacaq. Təcrübəli aktyorun seriala gəlişi süjetdə mühüm dəyişikliklərə səbəb olacaq.

“Altı Üstü İstanbul”un prodüseri Mehmet Yiğit Alpdır. Bazar ertəsi axşamları tamaşaçı ilə görüşən ekran işi yeni mövsüm hazırlıqlarını davam etdirir. NTC Medya istehsalı olan serial qarşıdakı dövrdə “Uzak Şehir” və “Evlilik Güzeldir” kimi layihələrlə rəqabət aparmağa hazırlaşır.

19738149.png (26 KB)

Erkan Can serialın heyətində

Türkiyə kino və teatrının tanınmış simalarından olan Erkan Can “Altı Üstü İstanbul” serialında rol almaq üçün müqavilə imzalayıb.

Məlumata görə, aktyor serialda Hikmət adlı personajı canlandıracaq. Hikmət isə Erhan Alpayın oynadığı Sonerin atasıdır.

Hikmət obrazı süjetə təsir edəcək

Erkan Canın canlandıracağı Hikmət obrazının serialın hadisələrinin inkişafında mühüm rol oynayacağı bildirilir. Onun Sonerin atası kimi hekayəyə daxil olması ailə münasibətlərində yeni gərginliklərin yaranmasına səbəb ola bilər.

Tamaşaçıların maraqla gözlədiyi Erkan Canın iştirakı serialın 14-cü bölümündən başlayacaq.

Könül

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR