Onlayn ictimai-siyasi qəzet
Fransa prezidenti Emmanuel Makron NATO sammitində iştirak etmək üçün səfərdə olduğu Ankarada səhər saatlarında qaçış edib.
Musavat.com xəbər verir ki, 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsi üçün Türkiyə paytaxtında olan Fransa lideri səhər saatlarında Çankaya rayonundakı Seğmenlər Parkında idmanla məşğul olub.
Makron təhlükəsizlik əməkdaşlarının müşayiəti ilə Çankaya Köşkü ətrafında qaçış edərkən görüntülənib. O, qaçış zamanı ətrafdakı insanlarla da salamlaşıb.
Qeyd edək ki, Ankarada keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsində alyans ölkələrinin liderləri təhlükəsizlik, müdafiə sənayesi, transatlantik əməkdaşlıq və digər mühüm məsələləri müzakirə edirlər.



Şahanə Rəhimli
Musavat.com
08 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ