İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada kondisioner davası başladı - anomal istilər ölkəni qarışdırdı - VİDEO

Fransada gözlənilən yeni istilər səbəbindən kondisionerə tələbat kəskin artıb.

Musavat.com xəbər verir ki, yerli media ölkədə kondisioner almaq uğrunda ciddi növbələrin və mübahisələrin yarandığını yazır.

Məlumata görə, insanlar iyul ayında gözlənilən anomal isti hava dalğasından əvvəl kondisioner əldə etməyə çalışırlar. Bir çox mağazada məhsullar sürətlə tükənir, bəzi yerlərdə isə alıcılar arasında gərginlik yaşanır.

Ekspertlər bildirirlər ki, Fransada son illər temperatur rekordlarının artması soyutma sistemlərinə marağı daha da yüksəldib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR