İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya İsrailə qarşı sanksiyalar elan edəcək

Böyük Britaniya bu gün İordan çayının Qərb sahilindəki İsrail yaşayış məntəqələrinə iqtisadi məhdudiyyətlər elan etmək niyyətindədir.

Musavat.com The Guardian-a istinadən xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri Ed Miliband İsrail yaşayış məntəqələrində istehsal olunan malların ticarətinə qadağa qoyacağını elan edəcək. Mənbələr The Guardin-a bildiriblər ki, elan edilən tədbirlərə yaşayış məntəqələrinin tikintisinə kömək edən şirkətlərə qarşı sanksiyalar da daxil ola bilər.

İsrail artıq bu addımla bağlı mediada yayılan məlumatlara cavab verib. Maliyyə naziri Bezalel Smotrich Britaniyanın İsraildəki səfirinin ölkədən çıxarılmasına çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Sentyabr 2026

08 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR