İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəmkirdə qatar 24 yaşlı gəncin canını aldı

Şəmkirdə qatar 24 yaşlı oğlanı vurub.

Musavat.com “Qafqazinfo”ya istinadla bildirir ki, hadisə rayonun Sabirkənd kəndində baş verib.

Belə ki, Bakı istiqamətində hərəkətdə olan Bakı-Tiflis-Bakı sərnişin qatarı qəfil dəmiryoluna çıxan kənd sakini, 2002-ci il təvəllüdlü Rahil Vəliyevi vurub.

24 yaşlı gənc aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Əraziyə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Sentyabr 2026

08 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR