Onlayn ictimai-siyasi qəzet
Ağır infarkt keçirərək xəstəxanaya yerləşdirilən və müalicəsi davam edən Cem Yılmazın qardaşı Can sosial mediada yazılan şərhlərə sərt münasibət bildirib.
Can qardaşına ölüm arzulayanları qınayıb:
“Kaş ölsəydi”, “Niyə xilas etdiniz?”, “Niyə ölməyib?”, “Yenə ölmədi” kimi yazanlar var. Heç kimin Cemi sevmək məcburiyyəti yoxdur. Burada məsələ bir insanın sevilməməsi deyil. Sevməmək, tənqid etmək, qəzəblənmək hər kəsin haqqıdır. Amma bir insanın ölməsini arzulamaq bunlardan heç biri hesab edilə bilməz. İnsanın mərhəmətini tanımadığı və ya sevmədiyi birindən bu qədər asanlıqla əsirgəyə bilməsi qəribədir. Birini sevməmək çox insani haldır. Ölməsini istəmək isə deyil”./Axşam.az/
01 Sentyabr 2026
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ