Onlayn ictimai-siyasi qəzet
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin KTMT ilə gələcək münasibətləri və Azərbaycanla ticarət əlaqələrinin başlanması barədə mühüm açıqlamalar verib.
Musavat.com xəbər verir ki, Mirzoyan Ermənistanın KTMT-də iştirakını bərpa etməsi üçün hazırda heç bir perspektiv görmədiyini bildirib.
Bununla yanaşı, XİN rəhbərinin sözlərinə görə, Ermənistanın Rusiya ilə ikitərəfli müqavilələri və öhdəlikləri, o cümlədən müdafiə sahəsində razılaşmaları qüvvədə qalır. Mirzoyan Ermənistan-Rusiya münasibətlərinin “sağlamlaşdırılmasına və yenidən nəzərdən keçirilməsinə” ehtiyac olduğunu da vurğulayıb.
Nazir 2022-ci ildə Ermənistanın KTMT-nin yardımından imtina etməsi barədə deyilənləri təkzib edib. Onun sözlərinə görə, İrəvan ehtiyac yarandıqda müqavilə üzrə müttəfiqlərinə müraciət edib, lakin gözlədiyi və müqavilələrə əsasən haqqı olduğunu hesab etdiyi yardımı almayıb.
Mirzoyan eyni zamanda Azərbaycanla bağlı diqqətçəkən yenilik açıqlayıb. O bildirib ki, yaxın günlərdə Ermənistandan Azərbaycana malların tədarükü barədə məlumat veriləcək.
Musavat.com
01 Sentyabr 2026
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ