Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq rəqəmsal xəritədə Azərbaycanın Qarabağ bölgəsində yerləşən yaşayış məntəqələrinin toponimləri rəsmi adlarına uyğun yenilənib.
Musavat.com xəbər verir ki, EOS Data Analytics platformasında dəyişiklik Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) təşəbbüsü ilə həyata keçirilib.
Yenilənmədən sonra rəqəmsal xəritədə Xankəndi, Xocavənd, Ağdərə, Suqovuşan və Qarabağın digər yaşayış məntəqələrinin adları Azərbaycanın rəsmi toponimlərinə uyğun şəkildə göstərilir.
Beləliklə, xəritədə Azərbaycanın Qarabağ bölgəsindəki yaşayış məntəqələrinin əsl Azərbaycan adlarının düzgün təqdim olunması təmin edilib.
Musavat.com
01 Sentyabr 2026
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ