İnsanlara hürriyət, millətlərə istiqlal!

İşləməyə adam tapılmır, işçi axtarışına çıxırlar – bu Avropa ölkəsində əhali kəskin azalır

İsveçdə doğum səviyyəsinin azalması və əhalinin qocalması ölkəni ciddi demoqrafik problemlə üz-üzə qoyub.

Musavat.com xəbər verir ki, gələcəkdə ölkənin milyonlarla sakin itirə biləcəyi bildirilir.

Bu barədə Lund Universitetinin dosenti Åsa Hanssonun rəhbərlik etdiyi ekspert qrupunun hazırladığı hesabatda bildirilib.

Hazırda İsveçdə 10,6 milyon insan yaşayır. Hesabatda nəzərdən keçirilən ssenarilərdən birinə əsasən, aşağı miqrasiya, əhalinin qocalması və doğum səviyyəsinin azalması nəticəsində 2100-cü ilə qədər ölkə əhalisinin sayı 6,6 milyon nəfərə düşə bilər.

Beləliklə, İsveç əsrin sonunadək təxminən 4 milyon sakinini itirə bilər.

Demoqrafik azalma ölkənin əmək bazarı üçün də ciddi problem yaradır. İsveçin bir sıra sahələrində artıq kadr çatışmazlığı müşahidə olunur. Mövcud vəziyyət davam edərsə, iqtisadiyyatın və həyati əhəmiyyətli xidmətlərin fəaliyyətini təmin etmək üçün ölkənin daha çox əmək miqrantına ehtiyacı olacaq.

Əhalinin qocalması vəziyyəti daha da mürəkkəbləşdirir. Yaşlı insanların sayı artdığı halda əmək qabiliyyətli əhalinin azalması sosial təminat, səhiyyə və digər dövlət xidmətlərinin üzərinə əlavə yük sala bilər.

Ekspertlər buna görə də İsveçin gələcəkdə xaricdən daha çox işçi cəlb etməli olacağını bildirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR