Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton Venesuelanın 65 milyard bareldən çox təsdiqlənmiş neft ehtiyatı üzərində nəzarəti ələ keçirib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, müqavilə Amerika vergi ödəyicilərinə heç bir xərc gətirməyəcək.
ABŞ dövlət katibi Marko Rubio Venesuelanın neft sənayesinə gələcək özəl investisiyaların təxminən 100 milyard dollar olacağını təxmin edib. O, həmçinin yeni iş yerlərinin yaradılacağını da açıqlayıb.
Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez neft yataqlarının işlənməsi üçün özəl birgə müəssisəyə güzəşt verib. Müqavilə 100 il müddətinə bağlanıb.
ABŞ rəsmisinin sözlərinə görə, köçürülən ərazilərdəki ehtiyatlar 60 milyard barel neftdən çoxdur.
Musavat.com
01 Sentyabr 2026
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ