İnsanlara hürriyət, millətlərə istiqlal!

Polis dronları asayişi belə qpruyur– spirtli içki içənlər havadan aşkarlandı - Video

Türkiyədə polis ictimai asayişin qorunmasında dronlardan fəal şəkildə istifadə etməyə başlayıb. İstanbulda spirtli içki qəbulunun qadağan edildiyi ərazidə içki içən şəxslər polis dronu vasitəsilə havadan aşkar edilərək xəbərdar olunublar.

Musavat.com xəbər verir ki, hadisə İstanbulun Fatih rayonunun Kocamustafapaşa məhəlləsində, tarixi şəhər divarlarının yerləşdiyi ərazidə baş verib.

Ərazidə nəzarət həyata keçirən polis əməkdaşları açıq sahədə spirtli içki içən şəxsləri havadan müşahidə aparan dron vasitəsilə müəyyən ediblər.

Dron həmin şəxslərin olduğu yerə yaxınlaşaraq üzərində quraşdırılmış səsgücləndirici vasitəsilə xəbərdarlıq edib:

“Bu, polis dronudur. Bu ərazidə spirtli içki içmək qadağandır. Dərhal ərazini tərk edin”.

Havadan gələn gözlənilməz polis xəbərdarlığından sonra həmin şəxslər ərazini tərk ediblər. Baş verənlər ətrafdakı insanlar tərəfindən də lentə alınıb.

Məlumata görə, İstanbul polisi dronlardan təkcə belə halların aşkarlanması üçün istifadə etmir. Müasir polis dronları gecəgörmə və termal kameralar, güclü projektorlar və səsgücləndirici sistemlərlə təchiz oluna bilir. Bu isə polisə geniş əraziləri havadan izləməyə və zəruri hallarda vətəndaşlara məsafədən xəbərdarlıq etməyə imkan verir.

Dronlardan asayiş tədbirləri, şübhəli şəxslərin və obyektlərin izlənməsi, narkotiklə mübarizə əməliyyatları, meşəlik ərazilərə nəzarət və yanğın təhlükəsinin müəyyənləşdirilməsi kimi müxtəlif məqsədlər üçün də istifadə olunur.

Beləliklə, polis dronları artıq yalnız havadan görüntü çəkən vasitə deyil. Yeni texnologiya sayəsində qayda pozuntusu aşkar edildikdən dərhal sonra dron vasitəsilə səsli xəbərdarlıq etmək və polis əməkdaşları hadisə yerinə çatmamış müdaxilə etmək mümkün olur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR