İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin naziri Vaşinqtonda göründü - Qəfil səfər hər kəsi qəzəbləndirib!

Rusiya maliyyə naziri Anton Siluanov avqustun 31-də ABŞ-ın Eşvill şəhərində keçirilən G20 ölkələrinin maliyyə nazirlərinin toplantısına qatılıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Ukraynada müharibə başlayandan bəri sanksiya siyahısında olan Siluanovun bu səviyyədə ilk səfəri zamanı o, ABŞ maliyyə naziri Skott Bessentlə danışıqlar aparıb.

“Fox News”un müxbiri Edvard Lourensin məlumatına görə, görüşün əsas mövzusu Donald Trampın Ukrayna üzrə 28 bəndlik sülh planı olub. Plan hələ ötən il hazırlanıb, lakin bir neçə nəticəsiz danışıqlar raundundan sonra həyata keçirilməyib.

“Bloomberg”in məlumatına görə, Siluanov Bessentlə görüşə tək gəlməyib. Onu Rusiya nümayəndə heyəti müşayiət edib. Agentlik nümayəndə heyətinə kimlərin daxil olduğunu açıqlamayıb.

Siluanovun G20 nazirlər toplantısında iştirakı Eşvilldə olan Avropa rəsmilərinin etirazına səbəb olub. “The New York Times” yazır ki, Almaniyanın vitse-kansleri Siluanovun yanında dayanacağı təqdirdə toplantı iştirakçılarının ənənəvi birgə foto çəkilişini boykot edəcəyi ilə hədələyib.

NYT-nin məlumatına görə, bu xəbərdarlıq nəticə verib: Rusiya maliyyə naziri birgə foto çəkilişinə buraxılmayıb.

Siluanovun ABŞ-a gözlənilməz səfəri Mərkəzi Kəşfiyyat Xidməti (MKİ) direktoru Con Retkliffin əvvəlcədən elan edilmədən Moskvaya getməsindən cəmi altı gün sonra baş tutub.

“Axios” və “The New York Times”ın məlumatına görə, Retkliff Moskvada Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və FSB rəhbəri Aleksandr Bortnikovla görüşüb. MKİ rəhbəri onların Vladimir Putini Ukraynadakı müharibənin başa çatdırılması ilə bağlı danışıqlara qayıtmağa razı sala bilib-bilməyəcəyini öyrənməyə çalışıb.

NYT mənbələrinin sözlərinə görə, Retkliff Bortnikova Rusiya ordusunun və iqtisadiyyatının perspektivləri ilə bağlı “tutqun qiymətləndirmə” təqdim edib və vəziyyət daha da ağırlaşmamış razılaşmaya getməyə çağırıb.

MKİ direktoru həmçinin Vladimir Putin, Donald Tramp və Volodimir Zelenskinin iştirakı ilə üçtərəfli sammit keçirilməsini təklif edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR