İnsanlara hürriyət, millətlərə istiqlal!

Afət Fərmanqızı Dəniz Əsədovanı məhkəməyə verdi

Müğənni Afət Fərmanqızı həmkarı Dəniz Əsədovanı xüsusi ittiham qaydasında məhkəməyə verib.

Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə şikayət ərizəsi icraata götürülüb.

Beləliklə, müğənni Dəniz Əsədova təqsirləndirilən şəxs qismində tanınıb.

Qeyd edək ki, Dəniz Əsədova bundan əvvəl bir neçə nəfərə qarşı təhqir və böhtan səbəbindən xüsusi ittiham qaydasına məhkum edilib.

Eyni zamanda müğənni vətəndaşlardan pul alaraq saxta əlillik sənədi düzəltməkdə ittiham olunur. Belə ki, o, Sabunçu rayonu 21 saylı Birləşmiş şəhər Xəstəxanasının keçmiş baş həkimi və hazırda cinayət işi məhkəmə araşdırmasında olan Rauf İsfəndiyarovla əlbir olaraq 136 nəfərin saxta əlillik almasına köməklik edib. İş üzrə dövlətə 1,6 milyon manat ziyan vurulub.

Hazırda bu cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə araşdırılır./unikal/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR