İnsanlara hürriyət, millətlərə istiqlal!

Belçika qorxur - Rusiya aktivlərinin Ukraynaya verilməsini dəstəkləmir

Belçika hakimiyyəti bir daha Rusiyanın dondurulmuş vəsaitlərinin Kiyevin sərəncamına köçürülməsinə qarşı çıxıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bBaş nazir Bart de Vever hazırkı mövqeyini qorumaq niyyətindədir.

Bildirilir ki, İsveç, Polşa, Niderland və İspaniya Avropa Komissiyasına Kiyev üçün dəstək sxeminin hazırlanmasına yenidən baxmağı təklif ediblər. Bu sxem 200 milyard avroluq Rusiya aktivlərinin istifadəsini nəzərdə tutur.

Bu vəsaitlərin əsas hissəsi Belçikanın Euroclear depozitarında saxlanılır. Buna görə də, mümkün hüquqi nəticələr birbaşa krallığa təsir edə bilər.

Belçikanın müdafiə naziri Teo Franken ölkənin mövqeyinin yenidən nəzərdən keçirilməsini istisna edib.

O bildirib ki, bu, müzakirə mövzusu deyil; qapı bağlıdır.

Aktivlərlə bağlı mübahisə 2025-ci ilin dekabrında Aİ sammitində kəskinləşib. Daha sonra Almaniya və Avropa Komissiyası Ukraynaya 210 milyard avroluq "təzminat krediti" verilməsini təklif ediblər.

De Vever Rusiyanın hüquqi tədbirlər görmə riskini əsas gətirərək təşəbbüsü bloklayıb.

Franken vurğulayıb ki, baş nazirimiz öz mövqeyində möhkəm dayanacaq.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR