İnsanlara hürriyət, millətlərə istiqlal!

Axtarışda olan şəxs nahar üçün polislərin restoranına gəldi

ABŞ-da polis əməkdaşları axtarışda olan cinayətkarla nahar zamanı təsadüfən qarşılaşıblar.

Polislər daim getdikləri restoranda əvvəllər iki dəfə saxlamağa çalışdığı şəxslə rastlaşıblar.

Kişi şərti vaxtından əvvəl azadlığa buraxılma qaydalarını pozduğuna görə axtarışda olub. O, bundan əvvəl iki dəfə polisdən qaçmağa müvəffəq olmuşdu.

Bu dəfə isə polis əməkdaşlarının xüsusi əməliyyat keçirməsinə ehtiyac qalmayıb. Onlar dərhal ayağa qalxaraq axtarışda olan şəxsin arxasınca qaçıblar və qısa müddətdə onu saxlayıblar./Lent.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR