İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Goranboyda güclü YANĞIN - VİDEO

Goranboy rayonu, Nizami kəndi yaxınlığında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Musavat.com-a verilən mılumata görə, hazırda yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi üçün aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqədə zəruri tədbirlər görülür.

Hadisə nəticəsində xəsarət alan yoxdur.

***

02:00

Goranboy rayonunda yanğınla nəticələnən partlayış baş verib.

Partlayışın zavodların birində baş verdiyi iddia olunub.

Yanğınla əlaqədar hadisə yerinə yanğınsöndürənlərin cəlb edildiyi bildirilir.

Hadisənin səbəbləri, xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat yoxdur.//Oxu.az

***

01:20

Goranboy ərazisində güclü partlayış baş verib.

Musavat.com Bakues.az-a istinadən xəbər verir ki, partlayışın səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

@@TVmusavat/154378@@

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR