İnsanlara hürriyət, millətlərə istiqlal!

O avtomobil keçmiş naziri "yandırdı" - Artıq şübhəlidir, Türkiyədən çıxışına qadağa

Türkiyənin keçmiş daxili işlər naziri İdris Naim Şahin “Alihan Kuriş cinayət təşkilatı” ilə bağlı aparılan istintaqda şübhəli şəxs qismində ifadə verib.

Musavat.com xəbər verir ki, istintaqın keçmiş nazirə qədər uzanmasında daha əvvəl gündəmə gələn avtomobil mühüm rol oynayıb. Həbsdə olan Hilmi Tuna Kurişin xaricə qaçırılması cəhdində istifadə edildiyi müəyyənləşdirilən avtomobilin İdris Naim Şahinin adına ayrıldığı bildirilir.

Ankara Baş Prokurorluğunda şübhəli şəxs qismində ifadəsi alınan Şahin daha sonra barəsində məhkəmə nəzarəti tədbirinin tətbiqi tələbi ilə növbətçi Sülh Cəza Hakimliyinə göndərilib.

Məhkəmə keçmiş daxili işlər naziri barəsində Türkiyədən çıxış qadağası formasında məhkəmə nəzarəti tədbiri tətbiq edib.

Bundan sonra İdris Naim Şahin sərbəst buraxılıb.

İstintaq çərçivəsində bundan əvvəl də Şahinin adına ayrılmış avtomobillər araşdırılmışdı. Avqustun 24-də yayılan məlumatlarda onun adına ayrılmış daha iki avtomobilin təyinatından kənar və şübhəli fəaliyyətlərdə istifadə edildiyi bildirilmişdi.

“Alihan Kuriş çıxar məqsədli cinayət təşkilatı” işi üzrə istintaq Ankara Baş Prokurorluğu tərəfindən aparılır. Avqustun 29-na olan məlumata əsasən, iş üzrə 81 şübhəli həbs edilib, 10 nəfər barəsində məhkəmə nəzarəti tədbiri tətbiq olunub. Təşkilatla əlaqəli olduğu qiymətləndirilən 50 şirkət və 4 dərnəyin əmlakına da həbs qoyulub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR