Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsi, Moskva-Tokio münasibətləri və mümkün yeni hərbi eskalasiya ilə bağlı bir sıra mühüm açıqlamalar verib.
Musavat.com-un xəbərinə görə, Putin bildirib ki, Moskva əsas məqsədinin müharibəni dayandırmaq və uzunmüddətli sülhə nail olmaq olduğunu düşünür.
“Biz müharibəni dayandırmaq və uzunmüddətli sülhə nail olmaq istəyirik”, – Rusiya prezidenti deyib.
Putin həmçinin Rusiyanın Ukrayna məsələsi ilə bağlı danışıqlar prosesinə hazır olduğunu vurğulayıb. Onun sözlərinə görə, Moskva danışıqlarda iştirak etmək istəyən bütün tərəflərlə müzakirələr aparmağa hazırdır.
Rusiya lideri Ukrayna ərazisindəki hərbi obyektlərlə bağlı da sərt mesaj verib. O bildirib ki, Ukraynada yerləşən, o cümlədən Britaniyaya məxsus istənilən hərbi obyekt Rusiya üçün qanuni hədəf hesab olunur.
Putin Rusiyanın Ukraynanın ixracına cavab zərbələri endirməsinin mümkün nəticələrindən də danışıb. Onun sözlərinə görə, belə zərbələr Ukraynada üç böhrana – valyuta, büdcə və bank böhranına səbəb ola bilər.
Rusiya prezidenti seçkilərdən sonra ölkədə səfərbərlik elan ediləcəyi ilə bağlı yayılan məlumatları da təkzib edib. Putin bu iddiaları “cəfəngiyyat” adlandıraraq, bunun Rusiyaya qarşı informasiya hücumu olduğunu bildirib.
Moskva ilə Tokio arasındakı münasibətlərə toxunan Putin münasibətlərin pisləşməsinə görə bütün məsuliyyətin Yaponiya hökumətinin üzərində olduğunu deyib.
Jurnalist Putindən Britaniya ərazisində yerləşən hərbi sənaye obyektlərinin Rusiyanın hərbi hədəfinə çevrilə biləcəyini soruşub.
Putin isə suala belə cavab verib: “Bu, sirrdir, hərbi sirdir”.
Musavat.com
02 Sentyabr 2026
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ