Onlayn ictimai-siyasi qəzet
Ermənistan və ABŞ nümayəndələri "Tramp Marşrutu" TRIPP layihəsi çərçivəsində işlərin aparılması məqsədilə Sünik (Zəngəzur) vilayətinə səfər ediblər.
Musavat.com xəbər verir ki, ABŞ tərəfdən səfərdə ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allen və Dövlət Departamentinin müşaviri Con Askonas iştirak edir.
Ermənistanı isə Xarici İşlər Nazirliyinin əməkdaşları təmsil edir.
Proqrama yerli icma rəhbərləri və sakinlərlə görüşlər, eləcə də TRIPP marşrutunun Meğri ərazisində nəzərdə tutulan perspektivli sahələrinə baxış daxildir.
Qeyd edək ki, TRIPP layihəsi Ermənistanın Sünik vilayəti ərazisindən keçəcək strateji tranzit marşrutunun yaradılmasını nəzərdə tutur. Layihə üzrə ABŞ və Ermənistan arasında çərçivə razılaşmaları imzalanıb.
Musavat.com
02 Sentyabr 2026
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ