Onlayn ictimai-siyasi qəzet
İtaliyanın "Yuventus" futbol klubu almaniyalı hücumçu Nik Voltemadenin 2027-ci il iyunun 30-na qədər nəzərdə tutulan icarə əsasında "Nyukasl"dan keçidini elan edib.
Jurnalist Fabritsio Romanonun verdiyi məlumata görə, Turin klubu bu sövdələşmə üçün 4 milyon avro ödəyib.
Qeyd edək ki, almaniyalı forvard 2025-ci ilin yayında "Nyukasl"a keçib. Ötən mövsüm Voltemade bütün turnirlərdə 54 matçda iştirak edib, 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Oyunçunun İngiltərə klubu ilə qüvvədə olan müqaviləsi 2031-ci ilin yayına qədərdir.//Oxu.az
02 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ