Onlayn ictimai-siyasi qəzet
Hazırda Azərbaycanda minatəmizləmə sahəsində ən qabaqcıl texnologiyalardan istifadə olunur.
"Report" xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yeni texnologiyalar da tətbiq olunur:
"Amma bu texnologiyaların əksəriyyəti minatəmizləmə faəliyyətinin tədqiqat mərhələsində istifadə olunur. Dünyada hələ elə bir texnologiya yoxdur ki, insanı əvəz etsin. Buna görə də hər nə qədər yeni texnologiyalardan istifadə olunsa da, minatəmizləmə fəaliyyətində insan əməyi daha ön plandadır".
02 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ