Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ ilə Ankaranın F-35 qırıcı təyyarələrinin istehsalı proqramına qayıtması ilə bağlı danışıqların davam etdiyini bildirib.
Musavat.com xəbər verir ki, bu barədə o Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etdikdən sonra təyyarədə jurnalistlərə müsahibəsində bildirib.
“Türkiyənin proqrama qayıtması ilə bağlı danışıqlarımız davam edir”, - Ərdoğan deyib.
Türkiyə lideri qeyd edib ki, Ankara F-35 layihəsinin mühüm tərəfdaşıdır və onun həyata keçirilməsinə əhəmiyyətli töhfə verib.
Bununla yanaşı, o vurğulayıb ki, Vaşinqtonla aparılan danışıqlar Ankaranın özünün KAAN qırıcı təyyarəsinin işlənib hazırlanması proqramından və milli hava hücumundan müdafiə sistemlərinin yaradılmasından imtina etməsi demək deyil.
“Biz öz hava hücumundan müdafiə sistemlərimizi inkişaf etdirməkdən imtina etmirik. Əksinə, biz Türkiyə üçün seçim imkanlarını genişləndiririk. Güclü Türkiyə məhz bundan ibarətdir”, – deyə Ərdoğan vurğulayıb.
Musavat.com
02 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ