İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir gündə üç diversiya aktı - Almaniya partlayışlar və hücumları araşdırır

Müstəntiqlər Almaniyanın müxtəlif bölgələrində baş verən təxribat aktları arasında əlaqə axtarırlar.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Köln və Brandenburq yaxınlığındakı elektrik xətlərinin yaxınlığında pirotexniki qurğular tapılıb.

Polisin məlumatına görə, qurğular elektrik xəttinin üzərindən naqil atmaq üçün istifadə edilib. Bu, qısaqapanmaya səbəb ola bilərdi.

Köln şəhərinin cinayət polisinin rəisi Maykl Esser hadisəni qəsdən törədilmiş cinayət adlandırıb. Berqheym yarımstansiyasındakı zədədən sonra bir neçə enerji bloku söndürülüb.

Bendenburqun Turnov-Preilak şəhərindəki yarımstansiyada da oxşar sxem aşkar edilib. Esser bildirib ki, hər iki halda təxribat üçün fişənglərdən istifadə edilib.

Mütəxəssislər pirotexniki qurğuları araşdırır və onlarda DNT izləri olub-olmadığını yoxlayırlar. Müstəntiqlər hələlik şübhəlinin şəxsiyyəti barədə məlumata malik deyillər.

Üçüncü təxribat aktı səhər tezdən Bavariyanın Auqsburq şəhərindəki qatar stansiyasında baş verib. Naməlum qurğu partlayıb və iki nəfər yüngül xəsarət alıb. Bir neçə saat sonra təhlükəsizlik qüvvələri başqa bir qurğu aşkar ediblər.

Bir gün əvvəl Almaniya hakimiyyəti ilk dəfə olaraq Rusiyanı ölkə daxilində təcavüzkar hərəkətlərdə açıq şəkildə ittiham edib. Moskva 4-5 avqust gecəsi Leypsiq hava limanına dron hücumunun təşkilində məsuliyyət daşıyıb.

Bunun ardınca Almaniya hökuməti Rusiya vətəndaşlarının ölkəyə girişinə nəzarəti gücləndirəcəyinə söz verib. Hakimiyyət orqanları həmçinin Bonndakı Rusiya konsulluğunu bağlamaq niyyətindədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR