Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın ilk qadın idman ustası, Əməkdar artist, diktor Züleyxa Hacıyeva vəfat edib.
Musavat.com xəbər verir ki, bu barədə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov məlumat yayıb.
"103 illik ömür, Azərbaycan radiosuna onilliklər boyu xidmət və milyonlarla dinləyicinin yaddaşında qalan unikal bir səs... Allah rəhmət eləsin", - deyə o qeyd edib.
103 yaşlı diktor 23 avqust 1923-cü ildə Bakıda dünyaya gəlib.
Züleyxa Hacıyeva 1942-1992-ci illərdə Azərbaycan radiosunda bir çox verilişlərin – “Poeziya dəqiqələri”, “Axşamınız xeyir” və s. aparıcısı olub.
Həmçinin o, XX əsrdə Azərbaycanın 10 ən görkəmli idmançılarından biri kimi tanınır. Z. Hacıyeva idman sahəsində xidmətlərinə görə SSRİ idman ustası, Gimnastika üzrə 7 dəfə Azərbaycan çempionu adına layiq görülüb.

03 Sentyabr 2026
02 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ