Onlayn ictimai-siyasi qəzet
Prezident Donald Tramp bildirib ki, ABŞ Silahlı Qüvvələri sentyabrın 1-nə keçən gecə Hörmüz boğazında 28 gəmini məhv edib.
Musavat.com xəbər verir ki, Trampın sözlərinə görə, hazırda Hörmüz boğazı ABŞ-nin nəzarəti altındadır.
"İranın heç vaxt nüvə silahı olmayacaq. İndi biz Hörmüz boğazına nəzarət edirik. Ötən gecə biz 28 qayığı, 28 gəmini məhv etdik. Boğaza biz nəzarət edirik, onlar heç nə əldə edə bilməzlər", - deyə Tramp bildirib.
Bundan əlavə, ABŞ prezidenti Hörmüz boğazının adının dəyişdirilərək "Tramp boğazı" adlandırılmasını təklif edib.
"İndi Hörmüz boğazı ABŞ-nin nəzarətində olduğuna görə, bəlkə onun adını Hörmüz boğazından TRAMP BOĞAZINA dəyişdirək??? Amerikanın özü kimi, o da həmişə olduğundan daha "qaynar" olardı!" - deyə amerikalı lider "Truth Social" platformasında yazıb.
Musavat.com
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ