Onlayn ictimai-siyasi qəzet
Aktyor Elcan Rəsulov Bakıda son günlər müşahidə olunan tıxaclarla bağlı narazılığını ifadə edib.
Musavat.com xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında şəhərdə yaranan sıxlığın səbəbini anlamadığını bildirib.
O, son iki gündə Bakının müxtəlif ərazilərində qeyri-adi tıxacların yarandığını deyib:
“Məni qınamayın, Bakıda adam çoxalıb. Ya nəsə baş verir, bilmirəm. İki gündür qəribə-qəribə tıxaclar var. Saatlarla yolda qalırsan. 10-15 dəqiqəlik məsafəyə 1 saatdan çox vaxta çatırsan. Hələ bəzi məktəblər başlayıb, bəziləri yox. Nədən olar?”
Aktyor şəhərdə nəqliyyat sıxlığının artmasının səbəbinin maraq doğurduğunu vurğulayıb.
Könül
Musavat.com
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ