İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşada turistlərdən xoşagəlməz hərəkət – Qaya daşlarını yazılarla korladılar

Şuşaya səfər edən bəzi turistlər şəhərin tarixi və təbii görkəminə xələl gətirən hərəkətə yol veriblər.

Musavat.com xəbər verir ki, turistlər şəhərdəki qaya daşlarının üzərinə müxtəlif yazılar yazıblar.

Bununla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mətbuat katibi Səmayə Məmmədova qurumun adından ictimaiyyətə müraciət edib.

O bildirib ki, bu cür hallar ilk dəfə deyil və aparılan maarifləndirmə tədbirlərinə, tətbiq olunan cərimələrə baxmayaraq, problem davam edir.

“Biz dəfələrlə belə hallara şahidlik etmişik. Nə qədər maarifləndirmə işləri aparılsa da, cərimələr tətbiq olunsa da, bu cür xoşagəlməz hallar davam edir.

Biz rica edirik, güllə və qan izlərinin olduğu, uğrunda canlar verilmiş Şuşada bu kimi halların yaşanmaması üçün birlikdə mübarizə aparaq”, – deyə Səmayə Məmmədova bildirib.

Qeyd edək ki, Şuşanın tarixi-mədəni irsinin qorunması ilə yanaşı, şəhərin təbii landşaftının və tarixi yaddaşının gələcək nəsillərə ötürülməsi də mühüm əhəmiyyət daşıyır.

Şahanə Rəhimli

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR