İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədən 8 kilometr aralıda 5 min rus qoşunu YIĞIŞIB, Paşinyan KÜNCƏ SIXIŞDI - TV Musavat

Vladimir Putinin Ermənistanın 102-ci hərbi bazaya ehtiyac duymazsa, Moskva oradan “sabah belə” çıxa bilər bəyanatı Rusiyada da geniş müzakirə olunur.

Çünki Gümrüdəki 102-ci Rusiya hərbi bazası Cənubi Qafqazda Moskvanın əsas hərbi dayağı və regionda qalan yeganə Rusiya hərbi bazasıdır. Bazanın hüquqi əsasını 1992 və 1995-ci illərdə imzalanmış müqavilələr təşkil edir. 2010-cu ildə onun Ermənistanda qalma müddəti 2044-cü ilə qədər uzadılıb. Bazanın tərkibində təxminən 4-5 min hərbçi, Gümrü və İrəvan qarnizonları, Erebuni hərbi aerodromu, Alagöz və Kamhud poliqonları, eləcə də çoxsaylı hərbi şəhərciklər var.

Bazanın tərkibində təxminən 4-5 min hərbçi, Gümrü və İrəvan qarnizonları, Erebuni hərbi aerodromu, Alagöz və Kamhud poliqonları, eləcə də çoxsaylı hərbi şəhərciklər var. Bazanın arsenalında S-300 zenit-raket kompleksləri də yerləşir.
Gümrünün strateji əhəmiyyəti isə Ermənistan sərhədlərindən çox kənara çıxır. Şəhər Türkiyə sərhədindən cəmi 8 kilometr məsafədə yerləşir. Türkiyənin NATO üzvü olması Gümrüdəki Rusiya hərbi bazasına Moskva üçün xüsusi geosiyasi əhəmiyyət verir. Baza həmçinin MDB-nin vahid hava hücumundan müdafiə sistemi çərçivəsində döyüş növbətçiliyi aparır.

Musavat.com xəbər verir ki, rusiyalı hərbi ekspert Viktor Litovkin Gümrüdəki bazanın çıxarılmasının Ermənistan üçün ciddi nəticələr doğura biləcəyini bildirib. Onun sözlərinə görə, Rusiya hərbçilərinin Ermənistandan çıxması ölkənin təhlükəsizlik sistemində böyük dəyişiklik yaradacaq.

Litovkin hesab edir ki, Ermənistan Rusiya ilə çoxəsrlik əlaqələrdən imtina etməklə ciddi seçim qarşısında qalır. Onun fikrincə, İrəvan Avropa İttifaqına yaxınlaşdıqca Moskvanın Ermənistandakı hərbi-siyasi təsiri də zəifləyir.
Politoloq İlya Qraşçenkov isə Putinin açıqlamasını Moskvanın məsuliyyəti İrəvanın üzərinə qoyması kimi qiymətləndirir. Onun fikrincə, Rusiya bazanı zorla saxlamaq niyyətində olmadığını nümayiş etdirir. Eyni zamanda, Moskva Ermənistanın qərarının mümkün nəticələrini də əvvəlcədən göstərir.

Qraşçenkovun fikrincə, Gümrüdən çıxmaq Rusiyaya müəyyən iqtisadi və siyasi üstünlüklər verə bilər. Moskva Ermənistanın təhlükəsizliyinə görə məsuliyyəti azaltmış olar. Lakin bunun qarşılığında Rusiya Cənubi Qafqazdakı son əsas hərbi dayağını itirə bilər. Bu isə regionda boşluğun yaranması deməkdir. Həmin boşluğu isə Türkiyə, ABŞ və Avropa strukturlarının doldurması mümkündür.

Gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız ATLAS Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/results?search_query=tv+musavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR