Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Saxalin vilayətində jurnalistləri və seçki komissiyasının əməkdaşını daşıyan Mi-8 helikopteri sərt eniş edib.
Musavat.com xəbər verir ki, helikopter Terpeniya burnundan geri qayıdarkən “Sokol” aerodromuna yaxınlaşma zamanı qəfil hündürlük itirməyə başlayıb.
Mi-8 avtomobil yolunun kənarına məcburi eniş edib. Helikopter yolun kənarındakı xəndəyə düşərək ağacların arasına girib.
Helikopterdə üç ekipaj üzvü, seçki komissiyasının əməkdaşı və yerli televiziya kanallarının jurnalistləri olub. Onlar Dövlət Dumasına seçkilərlə bağlı erkən səsvermənin keçirildiyi Terpeniya burnundan geri qayıdırmışlar.
İlkin məlumatlara görə, hadisə nəticəsində ölən olmayıb. Helikopterdəkilər müxtəlif yüngül xəsarətlər alıblar.
Musavat.com
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ