Onlayn ictimai-siyasi qəzet
Dyson ağız baxımı sahəsində qeyri-adi yenilik təqdim edib.
Musavat.com xəbər verir ki, şirkətin CameraJet adlı yeni diş fırçası kamera və süni intellektlə təchiz olunub.
Fırçanın başlığındakı kamera dişlərin görüntüsünü real vaxt rejimində telefona ötürür. Bunun sayəsində istifadəçi dişlərini fırçalayarkən hansı nahiyələrdə ərp qaldığını görə bilir.
Cihazdakı süni intellekt dişlərin arasındakı boşluqları müəyyənləşdirir və həmin nöqtələrə ağız yaxalayıcı mayeni güclü, lakin təhlükəsiz şırnaqla yönəldir. Proses saniyənin çox kiçik bir hissəsində baş verir.
CameraJet saniyədə təxminən 1000 hərəkət edir və daha effektiv təmizləmə üçün fırçalama bucağını davamlı dəyişir. Xüsusi dok-stansiya isə fırçanın maye çənini cəmi 3 saniyəyə avtomatik doldurur.
Dyson kameranın görüntüsünə köpüyün mane olmaması üçün xüsusi az köpüklənən diş məcunu da satışa çıxarmağı planlaşdırır.
Yeni ağıllı diş fırçasının ilkin satış qiyməti 499 dollar müəyyənləşdirilib.
Musavat.com
03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ