İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstan Aİ-ni ŞOKA SALDI: Ukrayna və Moldovaya VETO

Macarıstan heç bir ölkənin Avropa İttifaqına (Aİ) sürətləndirilmiş qaydada üzv qəbul edilməsini dəstəkləməyəcək.

Musavat.com xəbər verir ki, bunu Macarıstanın Baş naziri Peter Macar Avropa Şurasının sədri Antonio Koşta ilə görüşündə bildirib.

Macarın açıqlaması Macarıstanın sentyabrın 2-də Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlar prosesini növbəti dəfə bloklamasından sonra səslənib.

Məlumata görə, Budapeşt Ukrayna və Moldovanın Aİ-yə üzvlük danışıqlarının növbəti mərhələlərinin irəliləməsinə mane olub.

Macarıstan tərəfi bildirib ki, Ukrayna hakimiyyəti etnik macarların hüquqları ilə bağlı ikitərəfli razılaşmanı yerinə yetirməlidir.

Macarıstanın mövqeyinə görə, Aİ-yə üzvlük prosesi sürətləndirilmiş qaydada deyil, namizəd ölkələrin müəyyən edilmiş meyarlara uyğunluğunun qiymətləndirilməsi əsasında və mərhələli şəkildə aparılmalıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR