İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft qiymətləri yüksəldi, qorxu böyüdü - Dünya yeni bahalaşma dalğası ilə üz-üzə

Yaxın Şərqdə qarşıdurmanın yenidən kəskinləşməsi qlobal maliyyə bazarlarında ciddi narahatlıq yaradıb.

Musavat.com xəbər verir ki, neft qiymətlərinin yüksəlməsi fonunda dünyanın aparıcı iqtisadiyyatlarında istiqraz gəlirləri son illərin ən yüksək səviyyələrinə çatıb.

Bazarların əsas qorxusu neftin bahalaşması nəticəsində inflyasiyanın yenidən güclənməsidir.

Yaponiyada 10 illik dövlət istiqrazlarının gəlirliliyi 1996-cı ildən bəri ilk dəfə 3 faizi keçib.

Böyük Britaniyada 10 illik istiqrazların gəlirliliyi 2008-ci ildən bəri ən yüksək səviyyəyə yüksəlib.

ABŞ-də isə 10 illik xəzinə istiqrazlarının gəlirliliyi son 20 ayın zirvəsinə çatıb.

İnvestorları narahat edən əsas məsələ Yaxın Şərqdə gərginliyin davam edəcəyi təqdirdə neft qiymətlərinin daha da yüksəlməsi və bunun qlobal inflyasiyaya yeni təkan verməsidir. Belə ssenari aparıcı mərkəzi bankların faiz siyasətinə də təsir göstərə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2026

02 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR