İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH ABŞ-nin gizli bazasını necə aşkarladı? - Pentaqonu şoka salan “Titin” əməliyyatı - VİDEO

"Tasnim" agentliyi yazır ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) dünən gecə ABŞ silahlı qüvvələrinin fəaliyyətini tam və ixtisaslaşdırılmış kəşfiyyat şəbəkəsi vasitəsilə yaxından izlədiyini nümayiş etdirib.

Musavat.com agentliyə istinadən xəbər verir ki, zərbənin hədəfinə çevrilən "Titin" düşərgəsi Qırmızı dənizin şimal hissəsində, Akaba limanı və İsrailin Eylat limanının yaxınlığında strateji əhəmiyyətli ərazidə yerləşir.

Səudiyyə Ərəbistanı ilə sərhədə nisbətən yaxın olan bu baza ABŞ dəniz piyadalarının təlimlərinin və dəniz infrastrukturlarının təhlükəsizliyinin təmin edilməsi üçün əlverişli mövqedədir. Baza dəniz piyadalarının və digər qüvvələrin sürətli yerləşdirilməsi əməliyyatları üçün xüsusi əhəmiyyət kəsb edir.

Ən mühüm məqam isə odur ki, amerikalılar İranda bu barədə heç bir məlumatın olmadığını düşünərək qüvvələrinin bir hissəsini sözügedən düşərgədə yerləşdirmişdilər.

"Camp Titin" mühüm coğrafi mövqeyə malikdir.

Baza ABŞ Dəniz Piyadələri Korpusunun təlimləri, dəniz infrastrukturlarının mühafizəsi, desant əməliyyatlarının keçirilməsi və texnikanın daşınması üçün tam uyğundur.

ABŞ Hərbi Dəniz Qüvvələrinin rəsmi mənbələri də bu bazada ABŞ Dəniz Piyadələri Korpusunun Donanma Antiterror Təhlükəsizlik Qrupunun (FASTCENT) təlimlərinin keçirilməsini sənədləşdirib.

Bu baza qüvvələrin sürətli yerləşdirilməsi əməliyyatları baxımından Dəniz Piyadələri Korpusu üçün xüsusi dəyər kəsb edir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2026

02 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR