Onlayn ictimai-siyasi qəzet
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisi Yaxın Şərq akvatoriyasında 286 gün ərzində limana daxil olmadan xidmət göstərdikdən sonra nəzərəçarpacaq dərəcədə köhnəlmiş vəziyyətdə Taylanda çatıb.
Musavat.com "Associated Press" (AP) agentliyinə istinadən xəbər verir ki, gəmi Taylandın şərqində yerləşən Laem-Çabanq limanına daxil olub.
"NBC News"un məlumatına görə, ekipajın uzunmüddətli missiyadan sonra istirahət etməsi üçün gəmi limanda dörd gün qalacaq. Daha sonra "USS Abraham Lincoln" San-Diyeqodakı daimi bazasına yollanacaq.
Tayland limanına daxil olmazdan əvvəl "USS Abraham Lincoln" ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatlarında iştirak edib.
Musavat.com


03 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ