İnsanlara hürriyət, millətlərə istiqlal!

İşdən çıxarılan direktor avadanlıqları söküb, evə apardı - İDDİA

Goranboyda 2 saylı tam orta məktəbin sanitar qovşağındakı avadanlıqlar sökülüb.

Sosial şəbəkələrdə həmin avadanlıqları məktəbin sabiq direktoru İlhamə Qasımovanın söküb öz evinə apardığı iddia olunur.

Direktorun vəzifədən azad olunduğu üçün bu əməli törətdiyi bildirilir.

Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən Lent.az-ın soruğusuna verilən cavaba görə, araşdırma nəticəsində müəyyən edilib ki, sözügedən ümumi təhsil müəssisəsində bəzi avadanlıqların zədələnməsi və ya yerində olmaması ilə bağlı məsələ mövcuddur:

"Hazırda həmin avadanlıqların təmir edilərək istifadəyə yararlı vəziyyətə gətirilməsi və problemin yeni tədris ilinin başlanmasına qədər aradan qaldırılması nəzərdə tutulur"./Lent.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR