İnsanlara hürriyət, millətlərə istiqlal!

“PAZ” qətliamı – qonşu ölkədə yol faciəsi canlar aldı

Ermənistanda İrəvan–Gümrü avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, “PAZ” markalı avtobusla “Opel Zafira” avtomobili toqquşub.

Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, qəza nəticəsində 5 nəfər həyatını itirib. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

Səhiyyə Nazirliyi bildirib ki, qəzada xəsarət alan 10 nəfər bölgədəki xəstəxanalara çatdırılıb. Onlardan ikisinin vəziyyəti stabil ağır, digərlərinin vəziyyəti isə yüngül və orta ağır qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR