Onlayn ictimai-siyasi qəzet
İranın İordaniyadakı bazaya endirdiyi zərbələrdə ABŞ ordusunun itkisi qeydə alınmayıb.
Musavat.com xəbər verir ki, məlumatı ABŞ rəsmilərinə istinadən Reuters yayıb. ABŞ rəsmiləri arasında olan mənbələrə görə, ölən və ya yaralanan Amerika hərbçiləri barədə heç bir məlumat alınmayıb.
SEPAH bundan əvvəl İordaniyadakı ABŞ bazasına hücumda çox sayda Amerika əsgərini öldürdüyünü iddia etmişdi. Müvafiq açıqlamada hücum zamanı bir neçə mühüm obyekt və helikopterlərin vurulduğu bildirilirdi.
Musavat.com
02 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ