Onlayn ictimai-siyasi qəzet
“Sadakatsiz” serialında canlandırdığı “Gönül Güçlü” obrazı ilə yaddaşlarda qalan Gözde Seda Altuner artıq çəkilərindən xilas olub.
Musavat.com xəbər verir ki, aktrisa son dövrlərdəki görünüşü ilə diqqət çəkib. Altuner verdiyi kilolarla tamamilə dəyişərək əvvəlkindən xeyli fərqli görünüşə sahib olub.
Bir müddət əvvəl çəkisi ilə bağlı gündəmə gələn 40 yaşlı aktrisanın arıqlamaq üçün xüsusi qidalanma və həyat tərzi proqramına əməl etdiyi bildirilir. Yeni görünüşünü sosial media hesabında paylaşdığı fotolarla nümayiş etdirən Altuner izləyicilərinin də diqqətini çəkib.
Aktrisanın dəyişimi sosial şəbəkələrdə geniş müzakirə olunub. Onun paylaşımına çoxsaylı bəyənmə və şərhlər gəlib, izləyiciləri Gözde Sedanın yeni görünüşünü yüksək qiymətləndiriblər.
Gözde Seda Altuner xüsusilə Sadakatsiz serialında canlandırdığı Gönül Güçlü obrazı ilə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb. Aktrisanın son görünüşü isə onun pərəstişkarları üçün gözlənilməz dəyişiklik kimi qarşılanıb.
Könül
Musavat.com



02 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ