İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamran Ağabalayev “Tanrı olmaq çətindir” filminin premyerasında

Azərbaycanlı aktyor Kamran Ağabalayev rol aldığı “Трудно быть богом” (“Tanrı olmaq çətindir”) adlı yeni beynəlxalq kino layihəsinin premyerasında iştirak edib.

Musavat.com xəbər verir ki, premyeradan görüntülər sosial şəbəkədə paylaşılıb.

“Tanrı olmaq çətindir” filmi Arkaadi və Boris Struqatski qardaşlarının məşhur elmi-fantastik eyni adlı romanına əsasən çəkilib və layihə Rusiyanın ən çox gözlənilən yeni ekran işlərindən biri hesab olunur. 

Kamran filmdə “Aifa” obazını canlandır. “Aifa” “Tanrı olmaq çətindir” romanında mühüm obrazlardan biridir.

“Tanrı olmaq çətindir”in ilk seriyalarının 3 sentyabr 2026-cı ildə “Wink” platformasında təqdim edilməsi planlaşdırılır. Aktyorun iştirakı isə Azərbaycan kinosunun nümayəndələrinin beynəlxalq layihələrdə görünməsi baxımından diqqət çəkir.

Könül
Musavat.com 

WhatsApp Image 2026-09-02 at 10.40.46.jpeg (209 KB)“Allah olmaq çətindir” - Kamranın yeni filmi

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2026

02 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR