İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sabah" heyətini braziliyalı yarımmüdafiəçi ilə gücləndirdi

"Sabah" klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Musavat.com Bakı klubunun rəsmi saytına istinadla xəbər verir ki, paytaxt təmsilçisi Rusiyanın "Zenit" klubunun braziliyalı yarımmüdafiəçisi Du Keyrosu icarəyə götürüb.

26 yaşlı braziliyalı futbolçu cari mövsümün sonunadək "Sabah"ın şərəfini qoruyacaq.

Müqavilə şərtlərinə əsasən, Bakı klubu icarə müddəti başa çatdıqdan sonra oyunçunu birdəfəlik transfer etmək hüququna malikdir.

Qeyd edək ki, Du Keyros karyerası ərzində Braziliyanın "Korintians" (2021–2023), "Qremio" (2024), "Sport Resife" (2025), eləcə də Rusiyanın "Zenit" (2023–2024) və "Orenburq" (2025–2026) klublarında çıxış edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR