İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda doğulan ən pis erməni

Əli hər iki xalqın qanına batan, atası azərbaycanlı olan Köçəryanın və ailəsinin hekayəsi; o da “Bosniya qəssabı” kimi həbsdə gəbərəcəkmi...

Ötən həftə - avqustun 27-də saxlanıldığı BMT həbsxanasının xəstəxanasında “Bosniya qəssabı” ləqəbli Srebrenitsa qatili, general Ratko Mladiç 84 yaşında öldü. O, 1995-ci ilin iyulunda Srebrenitsada 8 mindən çox bosniyalı müsəlman kişi və oğlanın sistematik şəkildə qətlə yetirilməsinin baş icraçısı idi. Xəstəxanaya yerləşdirilənə qədər isə Haaqa həbsxanasında cəzasını çəkirdi. Bosniya xalqı üçün onun ölüm xəbəri, təbii ki, müjdə idi. Mladiç ömrünü layiq olduğu yerdə başa vurdu.

Bu xəbər o zamana təsadüf edir ki, istər öz xalqının, istər azərbaycanlıların qanına əli batmış Xocalı qatili, keçmiş “dqr” rəhbəri və Ermənistanın ikinci prezidenti olmuş Robert Köçəryan da, oğlu da saxlanıldı. Mladiç qədər cani və qəssab olan Köçəryanın qəddar serb generalla bir oxşarlığı da var - hər ikisi doğulduğu yerin insanlarına “divan tutub”.

Doğulduğu yerə nifrət

Ratko Bosniya-Herseqovinanın Bozanoviç kəndində doğulduğu kimi, Robert də Azərbaycanın Xankəndi şəhərində dünyaya gəlib. Yəni bu torpağın suyunu içib, çörəyini yeyib. İndi isə Ermənistanda ikinci dəfə istintaqa cəlb olunan Köçəryanın əslində yeri ya Haaqa tribunalı, ya da Bakı Hərbi Məhkəməsi olmalı, sonra Araiklə Rubenin saxlandığı yerə göndərilməliydi. Amma ya ilahi ədalətdir, ya Paşinyanın köhnə hesablaşmasıdır, hər nədirsə, Köçəryanın Bakıda da, İrəvanda da yerini dörd divar arasında görürlər. Çünki hər iki xalqın yaddaşında ləyaqətsiz biri kimi qalmaqdadır. Yeri gəlmişkən, avqustun 31-də Köçəryanın 72 yaşı tamam oldu. İndi ona bundan sonrakı ömrünü Mladiç kimi həbsdə keçirməyi və orada da ölməyi arzulamaq olar...

Кочарян, Роберт Седракович — Википедия

Robert ölkəni ruslara necə satdı?

“Persona”nın bu həftə “qonağı”nın Köçəryan olması son hadisələrlə əlaqədardır. Keçmiş prezident həqiqətən də Xankəndidən çıxan ən pis ermənidir. 2023-cü ildə yüzlərlə pis erməni Xankəndini tərk edib, amma bu şəhərdən daha əvvəl gedən ən pisi Robertdir.

Köçəryan 31 avqust 1954-cü ildə, dediyimiz kimi, Xankəndidə doğulub. Sovet dövründə bir sıra müəssisələrdə müxtəlif vəzifələrdə çalışıb. 1988-ci ildən Qarabağda erməni millətçilərinin başlatdığı Miatsum hərəkatına qoşulub və bir müddət sonra separatçıların liderlərindən birinə çevrilib. Köçəryan azərbaycanlı əhaliyə qarşı qırğınlar törədən Qarabağ ermənilərinin və erməni diasporunun təşkil etdiyi silahlı dəstələrə başçılıq edib.

Köçəryanın məhkəməsi təxirə salındı - Xankəndinə gələcək

1991-1992-ci illərdə Dağlıq Qarabağ Ali Sovetinin deputatı, 1994-cü ildən 1996-cı ilədək keçmiş qondarma Dağlıq Qarabağ Respublikasının ilk “prezidenti” olub. 1997-ci ilin martında Ermənistanın baş naziri təyin edilib, 1998-ci ildə Levon Ter-Petrosyan məcburən istefaya göndərildikdən sonra prezident səlahiyyətlərini 3 fevraldan 30 marta qədər aparıb. 30 martda prezident seçilib. 9 aprel 1998-ci ildən 9 aprel 2008-ci ilədək bu vəzifəni tutub. Köçəryanın hakimiyyəti dövründə Ermənistanda yerləşən bir çox müəssisə respublikanın Rusiyaya olan borcunu ödəmək məqsədilə bu ölkəyə verilib. Elə bununla da Ermənistanın Rusiyadan asılılığı daha da gücləndi.

Hökumətə terror, erməniləri qətliam

Köçəryanın dövründə Ermənistan parlamentində baş nazir Vazgen Sərkisyan, parlamentin sədri Karen Dəmirçyan, bir sıra deputatlar və eləcə də hökumət üzvləri qətlə yetirilib. Erməni siyasətçiləri və jurnalistlər bu terror aksiyasını Köçəryanın təşkil etdiyini bildiriblər.

Lakin o, ilk layiqli cəzasını 2018-ci ildə alıb. Bakının axtarışa verdiyi Xocalı canisi İrəvanda həbs olunur. Çünki həm də ermənilərin qətlində rolu olub. 2008-ci il 1 mart nümayişlərində 10 nəfər həlak olub və məsuliyyəti Köçəryan-Sərkisyan cütlüyü daşıyır. 2020-ci il iyunun 19-da Ermənistan Apelyasiya Məhkəməsinin qərarı ilə təxminən 4,2 milyon dollar məbləğində girov qarşılığında Köçəryanın həbs qətimkan tədbiri ləğv edilir. Bu pulu isə bilirsinizmi, kimlər verir? - Rusiyanın əlaltıları.

Rusiya RBK informasiya agentliyi yazır ki, pulu Samvel Karapetyan (“Taşir” şirkətlər qrupu), Sergey Hambartsumyan (“Monarx” şirkətlər qrupu), rusiyalı biznesmen və xeyriyyəçi Genndi Stepanyan və Köçəryanın müstəqil direktor olduğu AFK “Sistema” şirkəti ödəyib. Nəhayət, 25 avqust 2026-cı ildə Köçəryan Ermənistanın Antikorrupsiya Komitəsi tərəfindən aparılan cinayət istintaqı çərçivəsində saxlanılır.

Atası Məmməddir, yoxsa...

Şəxsi həyatına gəlincə, Bella Köçəryanla evlidir, 2 oğlu, 1 qızı və 3 nəvəsi var. Sənədlərə görə Sedrak Köçəryanın oğlu kimi qeydə alınıb. Ermənistan daxili siyasətində və mətbuatında illərdir Köçəryanın anası Emma Ohanyanın ötən əsrin 50-ci illərində Daşkəsəndə işlədiyi, Robertin bioloji atasının əslində azərbaycanlı Məmməd Məcidov olması barədə iddialar dövr edir. Bu iddialar hətta Ermənistan parlamentində müzakirə mövzusu olub.

Robert Köçəryan öz tərəfdarları ilə görüşüb

Anası Emma Ohanyan Daşkəsənin keçmiş Şarukan kəndindəndir. Kənd şəhərin aşağı tərəfindədir, yolun kənarında yerləşir. Kəndin ibtidai sinif müəlliməsi Emma həddindən artıq gözəl qadın olub. Bunu Daşkəsənin Maarif şöbəsinin müdiri (milliyyətcə azərbaycanlı, əslən gəncəlidir) hamıdan əvvəl görüb, gənc və gözəl müəlliməni 1952-ci ildə Daşkəsən şəhər məktəblərindən birinə dəvət edib.

Emma Ohanyan Daşkəsən şəhər məktəbində müəllimə işləyir, şəxsən onun üçün bina evində kirayə edilmiş mənzildə yaşayır. Maarif müdiri təbii ki, gənc müəllimənin taleyinə biganə qala bilmir, tez-tez ona baş çəkir. Beləliklə, gələcək Ermənistan prezidenti Robertin təməli qoyulur. Amma “Müqəddəs ruh”, “müqəddəs Məryəm” nağılları keçmişdə qalmışdı və həmin dövrdə bu məsələlərə artıq yerli Partiya Komitəsi baxırdı. Maarif müdiri “müqəddəs Məryəm”ə təcili bir ər tapır və bu, Maarif şöbəsinin çolaq sürücüsü Sedrak Köçəryan olur.

Məsələ yerli Partiya Komitəsinə çatır. Rayonun 2-ci katibi (milliyyətcə azərbaycanlı) əvvəl gənc müəllimə Emmanı yanına çağırtdırır. Gözəl müəllimə yaşlı katibi də başdan çıxarır. Yaşlı katib gənc müəlliməni “anormal həyat tərzi” keçirməkdə ittiham edir, işdən qovmaqla hədələyir. Gənc müəllimə ağlayır, hər şeyi danışır, katibin diqtəsi ilə bir ərizə də yazır. Aydın olur ki, maarif müdiri kommunistə yaraşmayan addım atıb, gənc müəlliməni yoldan çıxarıb...

Səhərisi gün maarif müdiri Rayon Partiya Komitəsinə dəvət olunur və məsələdən agah olur. Onun öz ərizəsi ilə işdən çıxmaqdan başqa çarəsi qalmır. Sakitcə Gəncəyə, öz ailəsinin və iki oğlunun yanına qayıdır. Deyilənə görə, həmin qardaşlar Robertə oxşayırlar.

Emma Ohanyanın həyatında isə yeni bir “katib dövrü” başlayır. Hətta əri Sedrakın da vəzifəsi böyüyür, qaraj müdiri təyin olunur. Emmanın “katib dövrü” 80-ci illərin axırlarına, erməni-azərbaycanlı qarşıdurması başlanana qədər davam edir. 1988-1989-cu illərdə Emmanın ailəsi katibin köməyi ilə Xankəndinə köçür və bir xain övlad yetişdirməyə başlayır...

Xankəndi uşaqları nə işlə məşğuldur?

Başqa məlumatlara görə, Sedrak Köçəryan 1910-cu ildə Dağlıq Qarabağda doğulub. O, Dağıstan Kənd Təsərrüfatı İnstitutunu bitirib və uzun illər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində rəhbər vəzifələrdə - kənd təsərrüfatı idarəsinin rəisi, icraiyyə komitəsi sədrinin 1-ci müavini, vilayət komitəsi bürosunun üzvü olub. Kənd təsərrüfatı elmləri doktoru kimi elmi araşdırmalarla məşğul olub. 1977-ci ildə isə ölüb.

Robertin anası Emma isə 1926-cı ildə Hadrut qəsəbəsində doğulub. İrəvanda Veterinar İnstitutunu bitirib və bundan sonra Xankəndidəki regional eksperimental stansiyada baş elmi işçi kimi çalışıb.

Öz ailəsinə gəldikdə, həyat yoldaşı Bella Köçəryan da 1954-cü il yanvarın 31-də Xankəndidə anadan olub. 1978-ci ildə İrəvan Tibb İnstitutunun sanitar-gigiyena fakültəsini bitirib. Təhsilini bitirdikdən sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sanitar-epidemioloji stansiyasında bakterioloq, sonradan isə həkim-epidemioloq işləyib. Bir müddət stansiya müdirinin müavini kimi çalışıb. O, “Ermənistan uşaqlarına yardım fondunun Dostlar şurası”nın fəxri sədridir.

Son hadisələrdə saxlanılan böyük oğlu Sedrak Köçəryan 1981-ci il iyulun 23-də Xankəndidə anadan olub. 2002-ci ildən bizneslə məşğuldur. O, “Fast Kart” ASC, “Pley Siti” idman-əyləncə mərkəzi, “Toyota” şirkətinin Ermənistandakı rəsmi dileri “Toyota Yerevan”, dünya geyim brendlərini Ermənistanda təmsil edən “Qritti” ASC və kənd təsərrüfatı biznesi ilə məşğul olan “Qrinhaus” kompleksinin sahibidir. Biznesmen ovçuluq, qış idman növləri və snoubordla məşğul olmağı sevir. O, Zarui Badalyanla evlidir və bu nikahdan Bella, Ani, Emma adlı 3 qız övladı var.

Qızı Qayane Köçəryan da 1983-cü il sentyabrın 23-də Xankəndi şəhərində anadan olub. 2005-2006-cı illərdə London Universitetində Beynəlxalq hüquq fakültəsində təhsilini davam etdirib. 2006-2007-ci illərdə Ermənistan Ədliyyə Nazirliyində aparat rəhbərinin məsləhətçisi kimi çalışıb. Viqen Çatinyanla evlidir.

Kiçik oğlu Levon Köçəryan da 1985-ci il noyabrın 16-da Xankəndidə anadan olub. 2008-ci ildən “Nairi İnşurans” sığorta şirkətinin səhmdarı və şura üzvüdür. Siranuş Arutunyanla evlidir və 1 oğlu var.

Beləliklə, dünyaya Azərbaycan torpağında gözünü açan Köçəryan ailəsi yavaş-yavaş həzin sonu yaşamağa yaxınlaşır...

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR