İnsanlara hürriyət, millətlərə istiqlal!

“Moskva Paşinyanla erməniləri ayırmır” – İrəvandan diqqətçəkən iddia

Rusiya ilə Ermənistan arasında münasibətlərin pisləşməsi fonunda Moskvanın artıq yalnız Nikol Paşinyan hakimiyyətinə deyil, onun siyasi kursunu seçkilərdə dəstəkləyən Ermənistan cəmiyyətinə də fərqli yanaşmağa başladığı iddia olunur.

Musavat.com xəbər verir ki, bunu Ermənistan parlamentindəki müxalif “Ermənistan” blokunun deputatı Geqam Manukyan Vladimir Putinlə Nikol Paşinyanın Bişkek görüşünü şərh edərkən deyib.

Manukyanın sözlərinə görə, Moskva uzun müddət Ermənistan hakimiyyətinin Rusiya əleyhinə hesab etdiyi addımlarına cavab verərkən “Ermənistan xalqı bizim dostumuzdur” prinsipini önə çəkirdi. Bununla da Rusiya hakimiyyəti Paşinyan hökuməti ilə Ermənistan əhalisi arasında fərq qoyduğunu nümayiş etdirirdi.

Erməni deputat iddia edir ki, Moskvanın yanaşması artıq dəyişməkdədir.

Müxalif deputatın iddiasına görə, əvvəllər Moskva siyasi qarşıdurmanın Ermənistanın adi vətəndaşları üçün sosial, iqtisadi və hərbi-siyasi nəticələr yaratmamasına çalışırdı. İndi isə Putin–Paşinyan görüşündən sonra məsələnin daha sərt şəkildə qoyulduğunu düşünür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR